Şimali Koreya üç illik fasilədən sonra əcnəbilər üçün sərhədlərini açdı
Şimali Koreya hakimiyyəti koronavirus pandemiyası başlayandan bəri tətbiq
edilən məhdudiyyətləri aradan qaldıraraq, əcnəbilərin ölkəyə daxil olmasına
icazə verib.
Məlumata görə, ölkə rəhbərliyi bütün əcnəbilərin iki günlük karantinə
alınmasını əmr edib.
Bildirilir ki, 2020-ci ilin yanvar ayından etibarən Pxenyan COVID-19-un ölkəyə
daxil olma təhlükəsi səbəbindən sərhədlərini tamamilə bağlayıb.
İlkin olaraq, Çində epidemioloji vəziyyət sabitləşdikdən sonra Şimali Koreyada
yumaşlama tədbirlərinə start verilib.
Mənbə: gazeta.ru