Hazırda Şimali Koreya 30-35 ədəd nüvə başlığına sahib ola bilər.
ÇıxışYolu.Com “İnterfaks”a istinadla xəbər verir ki, bu fikirləri ABŞ və Şimali Koreya liderlərinin görüşü ərəfəsində Rusiya Strateji Raket Qüvvələri Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Viktor Yesin deyib.
“KXDR-in nüvə silah kompleksi il ərzində yeddiyədək nüvə başlığı hazırlaya bilər”, – o deyib və qeyd edib ki, buna paralel olaraq, ölkədə nüvə silahlarının çatdırılma vasitələri inkişaf etdirilir.
“2017-ci ilin noyabrında Şimali Koreya “Xvason -15” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib”, – Yesin bildirib.
Martın əvvəlində KXDR bəyan edib ki, nüvə silahından imtina etməyə və ABŞ-la danışıqlara başlamağa hazırdır.
Sonuncu dəfə Şimali Koreya 2017-ci il noyabrın 28-də raket sınağı keçirib.