690c809c-84a9-4a1c-855b-c53b1e67dcd8..jpg

Şimali London derbisini “Arsenal” qazandı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 791 dəfə baxılıb.

Şimali London derbisini “Arsenal” qazandı – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının XX turunun mərkəzi görüşü Londonda baş tutub.

Cixisyolu.com xəbər verir ki, Şimali London derbisində “Tottenhem” “Arsenal”la
qarşılaşıb.

Mövsümü yüksək səviyyədə keçirən “topçular” bu matçda qələbəyə seviniblər.

İlk hissədə vurulan qollar matçda həlledici olub. “Tottenhem”in qapıçısı Hüqo
Lyoris 14-cü dəqiqədə öz qapısına vurub. 36-cı dəqiqədə Martin Odeqaard matçda
ikinci və həlledici qolu rəqibin qapısından keçirib.

Bu nəticə ilə xallarının sayını 47-ə yüksəldən “Arsenal” liderliyini davam
etdirir. “Tottenhem” isə 33 xalla 5-ci pillədə qərarlaşıb.

20:26

İngiltərə Premyer Liqasında XX tur davam edir.

Cixisyolu.com xəbər verir ki, turun maraqlı matçlarından biri Londonda baş tutub.

“Çelsi” “Kristal Palas”ı qəbul edib. Son oyunlarda yaxşı təsir bağışlamayan və
3 matçdır qələbə üzünə həsrət qalan “zadəganlar” nəhayət bu sevinci yaşaya
biliblər. Kay Havertzin yeganə qolu “Çelsi”yə 3 xal qazandırıb.

“Nyukasl” isə “Fulhem”i qəbul edib. Bu oyunun da taleyini tək qol həll edib.
İsak 89-cu dəqiqədə dəqiq oynayıb.

Qeyd edək ki, günün mərkəzi oyunu “Arsenal”la “Tottenhem” arasında oynanılacaq.


Source link