Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının
reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük
qələbəsi hesab edir.
Cixisyolu.com bu barədə erməni mediasına istinadən məlumat yayıb.
“Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk
dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və
ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, – deyə o, jurnalistlərə
bildirib.
Alen Simonyan ümid edir ki, Ermənistan və Azərbaycan arasında bu məsələdə
müsbət proses baş verəcək.
O bildirib ki, hazırda delimitasiyanın haradan davam etdirilməsi barədə qərar
yoxdur.