Simonyan KTMT-yə səsləndi: “İrəvan o sənədləri imzalamayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini
tormozlamaq niyyətində deyil, lakin yalnız Ermənistanın maraqlarına zidd
olmayan sənədləri ratifikasiya edəcək”.
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O əlavə edib ki, əgər təqdim olunan sənədlər Ermənistanın maraqlarına zidd
olacaqsa, İrəvan onları imzalamayacaq.
“Belə nümunələr olub”, – deyə Ermənistan rəsmisi əlavə edib.
Mənbə: TASS