Simonyan: Rusiya müsəlman ölkəsi, Həbib Nurməhəmmədov da onun prezidenti olacaq

Baxış sayı: 3. 032 dəfə baxılıb.

Simonyan: Rusiya müsəlman ölkəsi, Həbib Nurməhəmmədov da onun prezidenti olacaq

RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanın “bütün ruslara vətəndaşlıq verməli olduğu” barədə dörd səbəbi açıqlayıb.

Arqumentlərdən biri kimi Rusiyanın islamlaşması göstərilib. O, öz rəyini Telegram-kanalında açıqlayıb.

Simonyanın sözlərinə görə, heç nə dəyişməsə, 2040-cı ildə Rusiya “tamamilə başqa ölkə” olacaq.

“Ondan başlayaq ki, Rusiya müsəlman ölkəsi olacaq, bu çoxsaylı hesablamalarla təsdiqlənən tibbi faktdır. Mənim İslama və o cümlədən başqa heç bir dinə qarşı fikrim yoxdur. Lakin təsəvvür etməyə çalışın ki, sizin uşaqlarınız sizin indiki yaşınızda olarkən, Rusiyanın prezidenti Həbib Nurməhəmmədov olacaq”, – deyə, o təklif edib.

Simonyan qeyd edib ki, o, Nurməhəmmədova qarşı deyil, lakin vətənini uşaqları üçün bildiyi mədəni mental və dini şəkildə – “müxtəlif konfessiya və etnosların çiçəkləndiyi dünyəvi ölkə” şəklində saxlamaq istərdi. 

Simonyanın fikrinə görə, bu, pravoslav rusların status-kvonu dəstəkləməyə imkan vermələrindən irəli gəlir.

Qeyd edək ki, bundan əvvəl Moskva Ukraynanın Donbas vilayətinin sakinlərinə Rusiya pasportları verilməsini sadələşdirib. Buna cavab olaraq, Ukrayna prezidenti Petro Poroşenko Rusiyanı Donbasın ilhaqına hazırlaşmaqda ittiham edib. Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin qərargahında bu addımı Rusiyanın “işğalçı-dövlət kimi məsuliyyətini” etiraf etməsi kimi qəbul ediblər.

Ukrayna Rusiyanı ölkənin şimal-şərqindəki silahlı münaqişəyə görə cavabdeh hesab edir. 2018-ci ilin fevralında Kiyev Rusiyanın rəsmən təcavüzkar ölkə, Kiyevin nəzarətində olmayan ərazilərin isə işğal altında tanınması haqqında qanun qəbul edib. Moskva barəsindəki bu ittihamları rədd edir.