e98f5b9d-6e06-4be4-9845-a127c7fc8a15.webp

Simonyanın “Azərbaycanın Qarabağdakı əməliyyatı BMT qətnamələrinə uyğundur” açıqlamasının sirri

Baxış sayı: 247 dəfə baxılıb.

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ölkəmizin BRICS sammitində iştirakı Azərbaycanın
yalnız beynəlxalq münasibətlərdəki yerini möhkəmləndirmək üçün deyil, həm də
çoxtərəfli diplomatiyanın mühüm bir hissəsi olaraq xüsusi önəm kəsb edir.

Dövlət başçımızın Rusiyanın Kazan şəhərində BRICS ölkələrinin dövlət və
hökumət başçılarının zirvə toplantısında iştirak etməsi üçün ora dəvət edilməsi
də, əslində, Azərbaycanla əlaqələrin getdikcə daha da sıx inkişaf etməsinin
göstəricisidir. Dünya mediası da bizi bu mənada diqqətlə izləyir. Rusiyanın
“Kavkazskiy Uzel” nəşri oxucularının diqqətinə çatdırıb ki, Ermənistan
Azərbaycanla delimitasiya üzrə komissiyalara dair Əsasnaməni təsdiqləyib. Mənbə
Ermənistan mətbuatına istinadən xəbər verir ki, sənəd baxılması üçün
Konstitusiya Məhkəməsinə göndərilib.

Pakistanın “The Europe Today” nəşrində Ermənistan parlamentinin spikeri Alen
Simonyanın açıqlaması yer alıb. O, Azərbaycanın Qarabağdakı hərəkətlərinin
beynəlxalq hüquqa uyğun olduğunu etiraf edib.

Müsahibəsində A.Simonyan Azərbaycanın hərbi əməliyyatlarının BMT-nin
qətnamələrinə uyğun həyata keçirildiyini açıqlayıb. O, həmçinin Ermənistan
rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək səylərini qəbul etməyə
başladığını qeyd edib.

Finlandiyanın “Maaseudun Tulevaisuus” qəzetində Azərbaycanın Norveç, İsveç,
Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu
sessiyasında Azərbaycanın təşəbbüslərinə həsr olunan növbəti məqaləsi dərc
olunub.

Məqalədə Zaur Əhmədov köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim
maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, COP29-un keçirilməsi zamanı
atəşkəs və “The Climate Initiative” kimi Azərbaycanın təşəbbüsləri haqqında
danışıb.

Ətraflı Baku TV-nin süjetində:

Simonyanın “Azərbaycanın Qarabağdakı əməliyyatı BMT
qətnamələrinə uyğundur” açıqlamasının sirri
Simonyanın “Azərbaycanın Qarabağdakı əməliyyatı BMT qətnamələrinə uyğundur”
açıqlamasının sirri

Source link