94ea802d-16e9-4c24-8b48-4c2e27eaaaf1.jpg

“Simpsonlar”da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?

Baxış sayı: 28 dəfə baxılıb.

Dünyaca məşhur “Simpsonlar”ın 36-cı mövsümünün ilk seriyası kultlaşmış cizgi
filminin pərəstişkarlarını şoka salıb. Belə ki, “Bartın ad günü” adlı epizod
şounun tezliklə bağlanacağına işarələrlə dolu olub.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “Daily Mail” xəbər verib.

Bildirilib ki, bölümün xüsusi qonağı “Simpsonlar”ın keçmiş ssenaristi Konan
O’Brayen olub. O, animasiya şəklində sitkomla vidalaşma mərasimini aparıb.

“Serialın finalında hamınızla birlikdə olmaq mənim üçün böyük şərəfdir. Bəli,
bu doğrudur. “Fox” “Simpsonlar”ı bağlamağa qərar verdi. Bu şou mənim erkən
karyeramın çox xüsusi bir hissəsi idi, ona görə də burada olmaq mənim üçün çox
şey ifadə edir”, – deyə o bildirib.

“Simpsonlar”da şok final: Əfsanəvi cizgi filminin sonu
olacaq?
“Simpsonlar”da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?

Qeyd edək ki, final layihənin 33 illik mövcudluğu ərzində bütün buraxılışları
yüklənmiş süni intellekt tərəfindən hazırlanıb. Yaradıcılar süni intellektin
köməyi ilə layihə həqiqətən 36 mövsümdən sonra başa çatarsa, son bölümün necə
görünə biləcəyini təqdim ediblər.

Bəs son bölümdə sevimli qəhrəmanları nə gözləyir?

Süni intellektin versiyasına görə, direktor “Skinner” təqaüdə çıxacaq, “Homer”
cənab “Berns”in mirasını alacaq, Komiks satıcısı ata olacaq və “Mo” barını
bağlayacaq.

Həmçinin tamaşaçıları “Saydşou Bob” və əsl “Seymur Skinner” də daxil olmaqla
bir çox köhnə personajların qayıdışı gözləyir.

Bölümün kulminasiyası “Bart Simpson”un 10-cu ad günü olub. Lakin ad günü
qəhrəmanı həyatında heç nəyi dəyişmək istəmədiyini başa düşüb və bu da “Homer”i
özündən çıxarıb. Bir çox pərəstişkar ailə başçısının oğlunu boğmağa başladığı
final səhnəsini serialdakı son özünüsenzura mübahisələrinə işarə kimi qəbul
edib.

Beləliklə, 1989-cu ildən bəri yayımlanan və 700-dən çox bölümü olan əfsanəvi
cizgi serialı sona çatacaqmı? “Simpsonlar”ın yaradıcıları bu suala hələ
birmənalı cavab vermirlər, lakin yeni seriyalar üçün hələ çox ideyaları
olduğuna işarə edirlər.

Source link