71aea8e8-2311-440b-abdc-94f48bafab07..jpg

Sinem Kobal əri Kənan İmirzalıoğlu ilə tanış olduğu anları anlatdı: “Qolumdan tutub çəkdi…” – FOTO

Baxış sayı: 571 dəfə baxılıb.

Sinem Kobal əri Kənan İmirzalıoğlu ilə tanış olduğu anları anlatdı: “Qolumdan
tutub çəkdi…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktyor Kənan İmirzalıoğlunun həyat yoldaşı, aktrisa Sinem
Kobal qatıldığı “YouTube” proqramında səmimi açıqlamalar verib.

2016-cı ildə Kenan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal tanış olduqları
anlardan və ərinə olan sevgisindən danışıb.

Uzun müddətdir ekranlardan uzaq olan 36 yaşlı aktrisa “İbrahim Səlimlə bu
gecə” “YouTube” proqramına qonaq olub. Aparıcının – “Kənan İmirzalıoğlu ilə
tanış olduğunuz anı xatırlayırsınızmı?” – sualına cavabında Kobal onu görən
kimi aşiq olduğunu deyib.

“Heç unudarammı? Görən kimi aşiq olduğum bir insandır. İlk dəfə
qarşılaşdığımız zaman, təbii ki, enerjisi ilə məni heyran qoymuşdu. Qolumdan
tutub çəkdi deyə bilərəm. Mən də eləcə qaldım təbii ki”, – deyə Sinem Kobal
bildirib.

Aktrisa, həmçinin evlilik haqqında fikirlərini də bölüşüb. “Məsələ əslində
evlilik deyil. Məsələ həyatınızı birlikdə keçirmək istədiyiniz insanla
yaşadıqlarınızla bağlıdır. Paylaşdığınız sevgi, hörmət və göstərdiyiniz səylər
önəmlidir. Bunlara sahibsinizsə, evlilik də gözəlləşir, sevgililk də. Sırf
evlənmək xatirinə evlənməyi düzgün hesab etmirəm. Bir-birini sevən iki ruh
qarşılaşdıqları zaman evlilik də gözəl bir yola çıxmış olur. Bu, özünü daha
güclü hiss etməyinə imkan verir. Evlilik və ailə anlayışı hər zaman öz dəyərini
qoruyur”, – deyə aktrisa əlavə edib.

Sinem Kobal, həmçinin ekranlara geri dönməsi ilə bağlı da məlumat verib.

“Ekranda olmaq üçün çox darıxmışam. Yaxın zamanda dönmək istəyirəm, inşallah.
Məni həyəcanlandıran bir şey var, amma dəqiq olanda açıqlayacağam”, – deyə o
qeyd edib.

Mənbə: Haber Global

Source link