Sinoptiklər 25 dərəcə isti proqnozlaşdırırlar

Sinoptiklər 25 dərəcə isti proqnozlaşdırırlar

Baxış sayı: 2. 247 dəfə baxılıb.

Bakıda və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi  əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ÇıxışYolu.Com-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 25-27-də Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

www.ÇıxışYolu.Com