Sinoptiklər güclü külək vəd edir

Sinoptiklər güclü külək vəd edir

Baxış sayı: 2. 377 dəfə baxılıb.

Sinoptiklər güclü külək vəd edir

Bakıda və Abşeron yarımadasında avqustun 12-dək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

ÇıxışYolu.Com-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Avqustun 12-dək Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli  intensiv olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

www.ÇıxışYolu.Com