5d2f9208-c823-4376-b72f-8f30c0945502..jpg

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır

Baxış sayı: 481 dəfə baxılıb.

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aksiz dərəcələri artırılır.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə
layihələrinin təqdimatında əksini tapıb.

Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz
dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5
manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000
ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və
tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə,
alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa
edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin
hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan
denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan
denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və
tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və
konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.

Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata
endirilir.

Source link