32a9dd69-dc98-4159-b59f-3f917f1977db..jpg

Siqaretdən qurtulmağa kömək edən ən sadə üsul tapıldı

Baxış sayı: 499 dəfə baxılıb.

Siqaretdən qurtulmağa kömək edən ən sadə üsul tapıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın İnsbruk Universitetinin alimləri müəyyən ediblər ki, təmiz havada
sürətlə gəzmək siqaretə olan həvəsi azaldır.

Tədqiqat çərçivəsində 18 yaşdan yuxarı 16 siqaret çəkən şəxsin iştirakı ilə üç
fərqli təcrübə aparılıb.

İştirakçılar təsadüfi qaydada açıq havada on dəqiqəlik sürətli gəzintiyə
çıxıb, qapalı qaçış meydançasında oxşar məşq edib və on dəqiqə oturaq
vəziyyətdə qalıblar.

Hər mərhələdən əvvəl və sonra onların siqaretə tələbatı qiymətləndirilib. Bu
zaman, fizioloji və psixoloji əlamətlər də (depressiv əhval-ruhiyyə, əsəbilik,
narahatlıq, konsentrasiyanın çətinləşməsi və s) nəzərə alınıb.

Nəticələr göstərib ki, açıq havada sürətlə yerimək siqaret çəkmək istəyini
xeyli azaldıb. Bununla belə, qeyd olunub ki, açıq havada məşqlər 10 gün
dayandırıldıqda siqaretə olan həvəs yenidən artır.

Mənbə: gazeta.ru

Source link