Nazirlər Kabineti “Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.
ÇıxışYolu.Com məlumatına görə, dəyişikliyə əsasən, “Bakı Metropoliteni”ndə siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.
Dəyişikliyə əsasən, artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.
Əvvəlki qaydalarda qadağa stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkməklə bağlı idi.