“Şirak” Ermənistan çempionatını boykot etdi

“Şirak” Ermənistan çempionatını boykot etdi

Baxış sayı: 2. 690 dəfə baxılıb.

Ermənistanın “Şirak” klubu yerli federasiyanın prezidenti başda olmaqla, qurumu tam tərkibdə istefaya çağırıb.

ÇıxışYolu.Com xəbər verir ki, Gümrü klubu bunun üçün dünən keçirilməli olan Ermənistan çempionatının XXVI turunun “Pünik”lə matçını boykot edib.

Federasiya danışılmış oyunlarda iştirakda şübhəli bilindiyi üçün bu klubun xallarını silib. Klub isə federasiyanın “Şirak”ın xallarını silməsindən şikayət etmək istəsə də, bu hüquqlardan məhrum edilib. Buna görə klub rəsmi bəyanatla federasiyanın tərkibi dəyişməyənədək çempionatda iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, “Şirak” Ermənistan Futbol Federasiyasının qanunsuz qərarından qərargahı İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməyə hazırlaşır. 

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com