249e3829-16b5-4274-a17e-e5f49face4fa..jpg

Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? – VİDEO

Baxış sayı: 597 dəfə baxılıb.

Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? – VİDEO

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, su məsələləri üzrə ekspert Rövşən Abbasov
deyib ki, Xəzər dənizinin suyunda duzluluq okeanlara nisbətən 3 dəfə azdır.

Buna görə də ölkəmizdə dəniz suyunun şirinləşdirilməsi daha az xərc tələb
edəcək.

Mütəxəssis bildirib ki, dəniz suyunu şirinləşdirməklə Abşeron, Qaradağ,
Pirallahı, Zirə və Salyan rayonu ərazilərində içməli suya olan təlabatı
qarşılamaq olar. Rövşən Abbasov içməli dəniz suyunun təxmini qiymətini də
açıqlayıb.

Onun sözlərinə görə, suyun 1 kub metrinin qiyməti 2-3 manat arasında dəyişə
bilər.

Mütəxəssis xatırladıb ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində
çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla
şirinləşdirilmiş dəniz suyundan istifadə olunub.

Daha ətraflı süjetdə:


Source link