7646f4e8-a88b-49e5-8f7b-3152ed722647..jpg

Şirkətlər heyvanları sığortalamaqdan niyə BOYUN QAÇIRIRLAR?

Baxış sayı: 558 dəfə baxılıb.

Şirkətlər heyvanları sığortalamaqdan niyə BOYUN QAÇIRIRLAR?

“Hazırda Aqrar Sığorta Fondu (ASF) heyvanların sığortalanmasında böyük rol
oynayır. Belə ki, onlar heyvanların ümumi dəyərinin 6-9%-i həcmində sığorta
haqqı alaraq, sığortanı həyata keçirirlər.

Məsələn, bir xırdabuynuzlu heyvanın dəyəri 200 manatdırsa, fermer 12 manat
ödəməklə heyvanı sığortalaya bilər. Heyvanın dəyəri artdıqca, sığorta haqqı da
artır”.

Bu sözləri Bizim.media açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki,
ASF iki paket – altı və doqquz faizlik paketlər təqdim edir:

“Altı faizlik sığorta heyvanları bəzi risklərdən qoruyur, 9,5 faizlik paketlə
sığortalandıqda isə daha geniş risklərdən qorunmaq mümkün olur.

Ancaq digər sığorta şirkətləri nədənsə bu sahəyə maraq göstərmək istəmirlər.
Burada bir məsələ də var. Əgər sahibkar hansısa bir heyvanını altı faizlik
paketlə sığortalayırsa, bunun yarısını özü, yarısını isə hökumət ödəyir. Bu da
onu göstərir ki, bir heyvanı sığorta etdirmək ona daha ucuz qiymətə başa gəlir.

Amma digər sığorta şirkətləri bu sahəyə maraq göstərmək istəmirlər. Səbəbi də
odur ki, bu sahəni riskli hesab edirlər”.

Ekspert vurğulayıb ki, rəqabətliliyin yaranması üçün özəl şirkətlərin də bu
bazara daxil olması vacibdir:

“Bunun üçün də hökumət bütün şirkətlərə burada bərabər şərait yaratmalıdır.
Belə ki, əgər Aqrar Sığorta Fonduna 50 faizlik güzəşt paketi təqdim edirsə,
bunu digərlərinə də tətbiq etməlidir ki, onlar da bazara daxil olsunlar və
rəqabət mühiti formalaşdırsınlar”.

Source link