e28d99ab-6fbf-410b-994d-a018132b7fd4..jpg

Şirvan sakinindən “Makarov” markalı tapança götürülüb

Baxış sayı: 495 dəfə baxılıb.

Şirvan sakinindən “Makarov” markalı tapança götürülüb

Şirvan şəhər sakinindən “Makarov” markalı tapança götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional
qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlər zamanı şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş İlham İsmayılov
saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı bir ədəd “Makarov” markalı
tapança, 6 ədəd patron və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Source link