2076a4ba-e5e4-46df-bc5f-27fa84bafaca..jpg

Şirvan sakininin evində bir kiloqram heroin aşkarlanıb – FOTO

Baxış sayı: 1. 011 dəfə baxılıb.

Şirvan sakininin evində bir kiloqram heroin aşkarlanıb – FOTO

Şirvan şəhər sakininin evindən 1 kiloqram heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Cixisyolu.com
-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər
sakini Mehman Abbasov saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı
ondan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən
baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 15 qram heroin və 1 ədəd
elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs
barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Source link