62058928-ce0c-491d-92f4-fbe964c6cfdb..jpg

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb – YENİLƏNİB

Baxış sayı: 483 dəfə baxılıb.

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə
məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il
təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il
təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər
Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

21:04

Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

APA-nın məlumatına görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü Şakir Həsənxan
oğlu Allahverdizadə sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər
Xəstəxanasına yerləşdirilib.

Onun Ümid adlı doqquzuncu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Source link