feab78f1-f954-4410-b99c-605906c11478..jpg

Şirvanda 74 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib: “İçki aludəçisi olublar” – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 004 dəfə baxılıb.

Şirvanda 74 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib: “İçki aludəçisi
olublar” – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda oğulun atasını öldürməsinin təfərrüatı məlum olub.

Hadisə şəhərin Süleyman Bağırov küçəsində yerləşən binanın ikinci mərtəbəsində
baş verib.

Aralarında yaranan mübahisə zəminində 44 yaşlı Seymur Şərifov atası, 74 yaşlı
Allahverdi Şərifova 10-dan çox bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Onların qonşusu Əliqardaş Vəliyevin sözlərinə görə, ata və oğul içki aludəçisi
olublar:

“Allahverdi Şərifovun yoldaşı da beş-altı ay bundan öncə vəfat edib. Sakit
adam idi. Oğlu ilə birlikdə yaşayırdı. Hər ikisi içki içən idi”.

Şirvan Şəhər Prokurorluğundan bildirilib ki, qətl hadisəsi ilə bağlı Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ətraflı Baku TV-nin süjetində:

12:20

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü
Allahverdi Şərif oğlu Şərifovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə
polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli
bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Seymur Allahverdi oğlu Şərifov
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Source link