10162c8f-f038-4361-a12a-96dd2634da1f..jpg

Şirvanda çörək sexi yanıb

Baxış sayı: 834 dəfə baxılıb.

Şirvanda çörək sexi yanıb

Şirvan şəhərində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan çörək bişirmə sexinin yanar
konstruksiyaları 100 kvadratmetr sahədə və içərisində 3 ədəd soba, 3 ədəd
dəzgah yanıb.

Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Source link