Şirvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər
nəticəsində müxtəlif vədlər verərək vətəndaşlara məxsus maddi vəsaitləri
mənimsəyən şəxs məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, qeyd olunan əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini
Elşad İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, onun vətəndaşların etibarından istifadə
edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün
yalan vədlər verib və zərərçəkənlərin ümumilikdə 12 000 manat pulunu dələduzluq
yolu ilə ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
açılıb, E.İsmayılov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da
istisna etmir. Əgər E.İsmayılovun əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan
ŞPŞ-yə məlumat vermələri xahiş olunur.