Şirvanda iki uşaq tüstüdən boğularaq öldü

Şirvanda iki uşaq tüstüdən boğularaq öldü

Baxış sayı: 2. 679 dəfə baxılıb.

Şirvanda iki uşaq tüstüdən boğularaq öldü

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış evində olub.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. 

Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com