48734685-25d0-4ef9-a529-b8f6cd315402..jpg

Şirvanda körpənin ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb

Baxış sayı: 595 dəfə baxılıb.

Şirvanda körpənin ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb

Şirvanda uşağın ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb.

Şirvan şəhər Prokurorluğundan verilən xəbərə görə, cari il iyulun 22-də Şirvan
şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi
Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan
Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il
tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın
Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun
həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün
təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.

Source link