a1540883-f4e0-4ffb-8a26-086042ca049f..jpg

Şirvanda narkotik alverçisi həbs edilib

Baxış sayı: 552 dəfə baxılıb.

Şirvanda narkotik alverçisi həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat
tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən
cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev
saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin
sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama
yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Source link