b16ff22a-8247-44ab-a5ae-d612a7c22237..jpg

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb – FOTO

Baxış sayı: 1. 972 dəfə baxılıb.

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər
saxlanılıb – FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə
yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində
əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən
cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev
və Şəmsi Məmmədli saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə marixuana aşkar
edilərək götürülüb.

Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı
onların şəhər ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər
yetişdirdikləri müəyyən edilib. Qeyd edilən əraziyə keçirilən baxış zamanı
oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə
kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində
həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Source link