951f9231-36d2-4a52-9480-d3df9f6a18dc..jpg

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

Baxış sayı: 570 dəfə baxılıb.

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli
bilinən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat
tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən
cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namin Rzayev
saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız
bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana,
narkotik tərkibli həblər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Araşdırmalar davam etdirilir.

Source link