Şirvanda şkafdan meyit çıxdı – FOTO – YENİLƏNİB

Şirvanda şkafdan meyit çıxdı – FOTO – YENİLƏNİB

Baxış sayı: 4. 669 dəfə baxılıb.

Şirvanda tapılan şəxsin meyitinin xarici müayinəsi zamanı onun bədənində xəsarətlər aşkar edilməyib. 

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Şirvan şəhəri 20 yanvar küçəsi, 5p mənzil 43 ünvanından binanın 2-ci mərtəbəsinə qana oxşar mayenin axması barədə polisə müraciət edilib.

Həmin ünvana gələn polis əməkdaşları qapının girişində şkafın içərisində kişi meyiti aşkar edib. Məlum olub ki, şkafa yerləşdirilən meyit Ağsu sakini, 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğluna məxsusdur.

Meyit Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə olunub.

C.Məmmədovun meyitinin şkafa yerləşdirilməsi onun qətlə yetirildiyi şübhələrini artırsa da, meyitin xarici müayinəsi zamanı onun üzərində heç bir xəsarət aşkar edilməyib.

O da məlum olub ki, meyiti tapılan şəxsin ünsiyyətdə olduğu “Hepatit C” xəstəsi  olan Mübariz adlı şəxs təxminən 10 gün əvvəl narkotik vasitə ilə saxlanılıb.

Vaxtaşırı birgə yaşadıqları evdə narkotik vasitədən istifadə zamanı onkoloji xəstə olan Cəmaləddin Məmmədov artıq narkotik dozadan öldüyü ehtimal olunur.

Ona görə də polis araşdırmasından yayınmağa çalışan Mübariz meyiti şkafa yerləşdirib, evdən çıxaraq meyiti harasa aparmağı planlaşdırıb. Bu zaman polis tərəfindən yaxalanıb. Bu səbəbdən də təxminən 10 gündən çox qapının girişində qalan meyit çürüməyə məruz qalıb.

Hazırda Şirvan Şəhər Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb, hadisənin baş vermə təfərrüatlar araşdırılır.

21:21

Şirvan şəhərinin Heydər Əliyev küçəsində yerləşən mənzillərdən birində qətlə yetirilmiş şəxsin meyiti tapılıb.

ÇıxışYolu.Com  APA-ya istinadən xəbər verir ki, meyitin şəxsiyyəti artıq müəyyən edilib.  

Qətlə yetirildiyi ehtimal olunan şəxsin Ağsu şəhər sakini 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğlu olduğu müəyyənləşib.

Meyit müayinə üçün morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com