Şirvanda silah-sursat tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat
tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı
oradan bir ədəd avtomat, bir ədəd daraq və 26 ədəd patron aşkarlanaraq
götürülüb.
Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların
aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan
profilaktiki tədbirlər nəticəsində iki nəfər şəhər sakini qanunsuz olaraq
saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.