Şirvanda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün
məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması
istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
məlumat verib.
Bildirilib ki, ötən gün ərzində şöbə əməkdaşlarının keçirdikləri tədbirlər
zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını
ətraf mühitə atan 10 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün
məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə
əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq
məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.