e425c7e5-e10a-46cb-ab6b-4127d2a7a0ec..jpg

Şirvanda vəfat edən doqquz aylıq körpənin atası DANIŞDI: “Həkimin səhlənkarlığıdır” – YENİLƏNİB + VİDEO

Baxış sayı: 387 dəfə baxılıb.

Şirvanda vəfat edən doqquz aylıq körpənin atası DANIŞDI: “Həkimin
səhlənkarlığıdır” – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda nəfəs çatışmazlığından vəfat edən doqquz aylıq körpənin atası danışıb.

O qeyd edib ki, bir müddət öncə həkim uşağın xəstəliyi ilə bağlı müalicə yazıb:

“Həkim dedi ki, uşağı aparın evə və üç gün müalicə etdikdən sonra təkrar
müayinəyə gəlin yeni dərmanlar yazacam. Biz həkim deyilik. O, bizə deməli idi
ki, uşaq xəstəxanada qalmalıdır və ev şəraitində müalicə oluna bilməz. Baş
verən hadisə həkimin səhlənkarlığıdır”.

Ətraflı Baku TV-nin süjetində:

30.12.2024, 10:00

Şirvanda doqquz aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

APA-nın məlumatına görə, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023)
Səma Hacıbala qızı Rzayeva nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya
gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi
deyilir.

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya
pnevmoniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.

Uşağın meyiti hazırda müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və
Patologiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.


Source link