Sistem xətası Avropada hava nəqliyyatını iflic etdi

Sistem xətası Avropada hava nəqliyyatını iflic etdi

Baxış sayı: 2. 793 dəfə baxılıb.

Avropa uçuşların idarəolunması sistemində baş vermiş pozuntu  qitənin əksər aeroportlarında çərşənbə axşamına nəzərdə tutulmuş hava reyslərinin yarıdan çoxunun gecikməsinə səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Söhbət 15 minə yaxın hava reysindən gedir. Bu son 20 il ərzində Avropa hava məkanında baş vermiş ikinci belə haldır. Sonuncu dəfə anoloji insident 2001-ci ildə yaşanmışdı.

Avropa hava nəzarətçisinin bəyanatına görə, sistem  axşam saatlarına kimi çöksə də, Qrimviç vaxtı ilə 19:00-da yenidən işə salınıb və gecikmələrə səbəb olan xəta aradan qaldırılıb.  

Hazırda hava reyslərinin normal qrafik üzrə həyata keçirildiyi bildirilir.

.
www.ÇıxışYolu.Com