“Siti”dən ilk üç xal, Ronaldusuz “Yuventus”dan daha bir qələbə

Baxış sayı: 3. 494 dəfə baxılıb.

“Siti”dən ilk üç xal, Ronaldusuz “Yuventus”dan daha bir qələbə

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun matçlarına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, F qrupunda “Mançester Siti” Almaniya səfərində “Hoffenhaym”ı 2:1 hesabı ilə məğlub edərək ilk qələbəsini qazanıb. 

H qrupunda isə “Yuventus” Kriştianu Ronaldunun yoxluğunda Turində İsveçrənin “Yanq Boyz” klubunu böyük hesabla məğlub edib – 3:0. Hər üç qolu argentinalı Paulo Dibala vurub.

Qeyd edək ki, bu gün digər görüşlər saat 23:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com