Türkiyədə – Sivas vilayətində “Azərbaycan Qarabağ Şəhidlik Abidəsi”nin açılışı olub.
ÇıxışYolu.Com Habertürk-ə istinadla xəbər verir ki, tədbirə Türkiyənin təhsil naziri İsmət Yılmaz, deputat Qənirə Paşayeva, Sivas valisi Davut Gül, Sivas Bələdiyyəsinin rəhbəri Sami Aydın və başqaları qatılıb.
Azərbaycanın və Türkiyənin bir millət iki dövlət olduğunu deyən nazir İsmət Yılmaz hər iki ölkənin sevinc və kədərinin də ortaq olduğunu dilə gətirib.
O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva vətən yolunda canından keçən əsgərlərin ruhuna Allahdan rəhmət diləyib.
Daha sonra Sivasın Karşıyaka adlanan məhəlləsində yerləşən abidənin açılışı olub.