a8fa225e-beca-423b-bd58-4c1978a4d01a..jpg

“Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğu təsdiqlənib

Baxış sayı: 714 dəfə baxılıb.

“Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğu təsdiqlənib

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın XVI turunda keçirilən
“Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib.

Qurum İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev
sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv
olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini
açıqlayıb.

TFF, həmçinin, 1:1 hesabı ilə başa çatan XV turun “Qaziantep” – “Beşiktaş”
qarşılaşmasının 25-ci dəqiqəsində rəqibi başla vuran ikincilərin futbolçusu
Corc-Kevin Nkuduya qırmızı deyil, sarı vərəqə göstərilməsinin yanlış qərar
olduğunu bəyan edib.

Hər iki görüşün referiləri Hakimlər Komitəsi tərəfindən cəzalandırılacaq.

Source link