83f05ae1-2021-4396-b771-e84a6e2f6997..jpg

Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib – VİDEO

Baxış sayı: 529 dəfə baxılıb.

Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva “Sabahın xeyir, Şuşa”
adlı yeni mahnı və klipini təqdim edib.

Cixisyolu.com xəbər verir ki, mahnının sözləri şair Əyyub Qiyasa, musiqisi Sivvanın
özünə aiddir.

Həzin, eyni zamanda vətənpərvərlik ruhunda olan mahnıya klip də lentə alınıb.

Ekran işinin rejissoru Emin Muradovdur. Klipdə Şuşa uğrunda döyüşlərdə
qəhrəmancasına şəhid olan Pənah Məmmədovun obrazı canlandırılıb, eyni zamanda
onun real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi şəhidin təhsil aldığı
Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada – Cıdır
düzü, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi və digər yerlərdə
aparılıb.

Layihənin məqsədi Vətən savaşında şəhidlərimizin qəhrəmanlığını işıqlandırmaq
və əzəli Azərbaycan torpağı olan Şuşa haqda yaddaqalan iş ərsəyə gətirməkdir.
Əsas mesaj isə budur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz,
həmçinin Pənah Məmmədov kimi şəhidlərimizin sayəsində torpaqlarımız işğaldan
azad olunub.

Şuşanın himninə çevriləcək mahnını sizə təqdim edirik:


Source link