8087804d-5df2-411a-a543-a547b5efbbc2..jpg

Siyəzən polisindən əməliyyat: On nəfər saxlanıldı – FOTO

Baxış sayı: 986 dəfə baxılıb.

Siyəzən polisindən əməliyyat: On nəfər saxlanıldı – FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində
narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı
əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik
vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satışı ilə məşğul olan Elman
Qiyasov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman bükülülərdə
satış məqsədi ilə daşıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində
keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi,
daşınması və saxlanılması ilə məşğul olan 10 nəfər (Həsənağa Hüseynov, Gündüz
Şıxəliyev, Çimnaz Bayramova, İntiqam Balayev, Xancan Bayramov, Elnur Eldarov,
Hikmət Abbasov, Zöhrab Əmirquliyev və Ramin Əliyev) saxlanılıb, həmin
şəxslərdən müxtəlif növ narkotik vasitələr götürülüb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
E.Qiyasovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Source link