Siyəzən və Şabran rayonlarında yanğın dağlıq əraziyə keçib

Siyəzən və Şabran rayonlarında yanğın dağlıq əraziyə keçib

Baxış sayı: 2. 088 dəfə baxılıb.

Siyəzən və Şabran rayonlarında yanğın dağlıq əraziyə keçib

Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

www.ÇıxışYolu.Com