3a1485a9-a7aa-498f-b8df-3934071c3919..jpg

Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb

Baxış sayı: 416 dəfə baxılıb.

Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzən rayonunda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun
Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini – 1994-cü il təvəllüdlü
Hüseynağa İsa oğlu Qəribovu yolu keçərkən avtomobil vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Source link