2ce6341a-aec5-400e-b6a0-acf0656b2c85..jpg

Siyəzəndə avtomobillər toqquşdu: Ölən və yaralananlar var – FOTO

Baxış sayı: 489 dəfə baxılıb.

Siyəzəndə avtomobillər toqquşdu: Ölən və yaralananlar var – FOTO

Bakı-Quba-Rusiya ilə sərhəd avtomobil yolunun 105-ci km-də, magistralın
Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR və “Ford Transit” markalı yük
avtomobilləri toqquşub.

“Report”un məlumatına görə, qəza nəticəsində Ağsu rayon sakini, 1990-cı il
təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerindəcə ölüb, daha iki nəfər,
sərnişinlər – 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il
təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link