Siyəzəndə aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Siyəzəndə aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Baxış sayı: 2. 673 dəfə baxılıb.

Siyəzəndə aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Noyabrın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Siyəzən rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib. 

Vəkillər Kollegiyasından ÇıxışYolu.Com-a verilən məlumata görə, Heydər Əliyev adına mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvü 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı A. Hüseynov, Siyəzən rayon prokuroru vəzifəsini icra edən M. Kazımov, Siyəzən rayon Məhkəməsinin sədri B. Ələkbərov, Siyəzən rayon Polis Şöbəsinin rəsi V. Vəlimətov, o cümlədən Vəkillər Kollegiyasının sədr müavini P. Ələkbərov iştirak ediblər, vətəndaşların problemləri ilə maraqlanıblar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulur.

www.ÇıxışYolu.Com