Siyəzəndə yol tikintisinə 8,8 milyon manat ayrılıb – SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonunun
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Bu barədə President.az
yayıb.
Sərəncamda deyilir:
“1. Bir min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu
(investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu
yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8
milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin”.