Siyəzəndə idarəetməni itirən yük avtomobili yol kənarına aşıb.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun 103-cü kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə sürücü və sərnişin Qaradağ rayon sakini 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov və Qəbələ rayon Vəndam kənd sakini 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev müxtəlif xəsarətlər alıb.
Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. İnşallah Məmmədova sağ diz oynağının küt travması, İsmayıl Musayevə isə sağ tərəfli çanaq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.