da8f98a0-8095-4ee5-b68e-2b3b0d751f5b..jpg

Siyasi məsləhətçi: “Aclıqdan öldüyünü” iddia edən ermənilər Ağdam yolundakı ərzaq maşınlarını buraxmırlar”

Baxış sayı: 647 dəfə baxılıb.

Siyasi məsləhətçi: “Aclıqdan öldüyünü” iddia edən ermənilər Ağdam yolundakı
ərzaq maşınlarını buraxmırlar”

ABŞ-nin Hərbi Dəniz Qüvvələri veteranı, siyasi məsləhətçi, müxtəlif
kitabların, habelə qəzet və jurnallarda dərc olunmuş müxtəlif məqalələrin
müəllifi Raul Kontereras Nikolas Kristofun “NewYork Times” nəşrindəki
məqaləsinə cavab yazıb.

APA xəbər verir ki, “Kontrerasın Hesabatı: 2023-cü ildə soyqırım?” adlı məqalə
“Imperial Valles Press”də dərc olunub.

Müəllif məqaləsində yazır: “The New York Times“ qəzeti (2 sentyabr) “ulduz”
köşə yazarlarından olan Nikolas Kristofun “…başqa bir ölkə (Rusiyanın
Ukraynaya qarşı müharibəsi) diqqətin yayınmasından istifadə edərək, insanlığa
qarşı cinayətlər törədirsə? O zaman Azərbaycanla tanış olun” məqaləsini dərc
edib.

Kristofun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda
olub-olmadığını bilmirəm. O, “Yəqin ki, Azərbaycanın Dağlıq Qarabağ adlı etnik
erməni anklavına qarşı qəddarlığı barədə eşitməmisiniz, lakin bu, araşdırılmağa
layiqdir” yazıb.

Kristof Azərbaycan və onun işğalçı qonşusu Ermənistanla 30 illik müharibəsi
haqqında bildiklərimi bilə bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən
erməni hərbi cinayətləri haqqında kitab, ölkə (Azərbaycan – red.) və onun
Ermənistanla problemləri haqqında bir neçə məqalə yazmışam.

Mən, həmçinin, Azərbaycan torpaqlarının erməni işğalçıları ilə Azərbaycan
qoşunları arasında 500 metr enində heç kim olmayan ərazidə də olmuşam.

Kristof münaqişənin 1980-ci illərdə Ermənistanda onilliklər boyu yaşayan
azərbaycanlı müsəlmanların kütləvi surətdə xristian Ermənistandan qovulması ilə
başladığını bizə söyləməməklə öz məlumatsızlığını ortaya qoyur.

O, 1988-1992-ci illər arasında Ermənistanın təxminən 200 000 azərbaycanlının
Ermənistanda öldürdüyü və ya bu ölkədən qovulduğu barədə bizə məlumat vermir.
Üstəlik, 1992-ci ildə Ermənistan (Rusiya qoşunları ilə) Azərbaycan ərazilərinə
soxularaq Azərbaycanın 20%-ni, həmçinin, bütün Dağlıq Qarabağ bölgəsini işğal
edəndə ermənilər 700-800 min azərbaycanlını ya öldürüb, ya da öz
yurd-yuvasından didərgin salıblar. Heç kəsə mərhəmət göstərməyiblər; kişilər,
qadınlar və uşaqlar paytaxt Bakıya qaçıblar. Və paytaxtda əhali 2,3 milyon
nəfərə qədər artıb, demək olar ki, Ermənistanın bütün əhalisi – 2,7 milyona
yaxındır.

Görünür, Kristof BMT-nin 1 milyona yaxın azərbaycanlının öz evindən didərgin
salındığını göstərən rəsmi hesabatlarını görməyib. O, 1993-cü ildə ermənilərin
işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın böyük dağıntılara məruz
qalmasını da görməyib. Onlar mis telefon xətləri, telefon dirəkləri, evlərdən
taxta, şüşə pəncərələr, küçə döşəmələri kimi dəyərli əşyaları oğurlamaq üçün
erməni işçi briqadalarını göndərdilər və 50 000 əhalisi olan şəhəri yerlə bir
etdilər.

Görünür, Kristof BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin bütün
Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən və Ermənistanın məhəl
qoymadığı dörd ayrı qətnaməsini də görməyib. O, 25 ildən çox müddətdən sonra
köçkün azərbaycanlıların öz evlərinə qayıtması üçün Azərbaycanın sıfırdan
tikdiyi bütün şəhərləri görməyib, hansı ki, bu ərazilər 2020-ci ildə
Azərbaycanın qalib gəldiyi müharibə zamanı ermənilərin yandıraraq geri
çəkildikləri ərazilər idi.
Müəllif Kristof tanıdığı bir şəxsin, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş
baş prokuroru Luis Moreno Okamponun “Dağlıq Qarabağda yaşayan 120 min erməniyə
qarşı davam edən soyqırımı var” məqaləsinə əsaslanır.

Okampo məqaləsində yazır: “Aclıq görünməz soyqırımı silahıdır… Dərhal
dramatik dəyişiklik olmasa, ermənilər bir neçə həftəyə məhv ediləcək”.

Bütün bunlar ona görədir ki, Azərbaycan 2020-ci il Qarabağ müharibəsindən
sonra əldə olunan atəşkəs razılaşmasına görə Ermənistanla Qarabağ arasında
icazə verdiyi Laçın yolunu bağlayıb. Niyə? Çünki ermənilər Rusiya tərəfindən
qorunan yoldan qaçaqmal keçirmək üçün istifadə edirdilər. Ruslar qeyri-qanuni
fəaliyyətləri dayandırmaq üçün heç nə etmədilər. Azərbaycan onları dayandırdı.

Ermənistana yeganə çıxış olan bu yolla bu ölkəyə getmək istəyən, sənədləri
düzgün olan ermənilərə tranzit icazə verilir. Bununla belə, Azərbaycan hökuməti
Qızıl Aypara Cəmiyyətinə “aclıqdan öldüklərini” iddia edən insanlar üçün ərzaq
və tibbi ləvazimatlar olan yük maşınlarının karvanlarına icazə verib.

Ermənilər Qızıl Aypara bayraqları dalğalanan yük maşınlarının karvanlarını
sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla
bağladılar – ermənilərin məhv etdiyi 50 minlik Ağdam şəhərindən. Onlar
“aclıqdan öldüyünü” iddia etdikləri erməniləri ərzaqla təmin etmək üçün yük
maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina ediblər.
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, “ermənilərin aclıqdan
öldüyünü iddia edən” “mütəxəssis” Luis Moreno Okampoya gəlincə, o, bu əraziyə
səfər edə bilməsi üçün azərbaycanlılar tərəfindən verilmiş Azərbaycana giriş
vizası almalıdır.

Onun bu ərazilərdə olduğuna dair heç bir sübut yoxdur. Heç bir sübut, heç nə.
Mən isə orada hər dəfə Azərbaycan vizası ilə həftələr keçirmişəm”.

Source link