Hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir.
ÇıxışYolu.Com-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin (MM) iclasında bildirib.
S. Novruzov qeyd edib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqayisədə qat-qat üstündür:
“Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar düşərgələrdə saxlanılır. Buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya dərsi verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində iş çox yaxşı qurulub. Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır.
Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur. Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməli, qanun qarşısında cavab verməlidirlər”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com