Mən Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədriyəm. Buna görə də deyə bilərəm ki, İslamda belə bir qayda var ki, bir insanı Allah yoluna çəkmək üçün öz imkanlarından varını xərcləyə bilərsən. Biz də bunu əsirgəməmişik və pulu Azərbaycanın maraqlarına xərcləmişik.
ÇıxışYolu.Com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, lobbiçilik dünyada qanunla tənzimlənir:
“Hansısa lobbiçilik işinin görülməsində qəbahət yoxdur. Məsələn, ABŞ-da lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi qanun var.
İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan, burada qanunsuzluq yoxdur. Biz də buna uyğun olaraq fəaliyyət göstərmişik”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com