Siyavuş Novruzov: YAP 40-dan çox mitinq keçirəcək

Siyavuş Novruzov: YAP 40-dan çox mitinq keçirəcək

Baxış sayı: 5. 164 dəfə baxılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 11 aprel Prezident seçkiləri ilə əlaqədar yaradılmış www.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər.

YAP rəsmisi bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: 

“Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır”.

S. Novruzov deyib ki, YAP təbliğat-təşviqat dövründə 40-dan çox mitinq keçirəcək.

Onun sözlərinə görə, YAP qanunvericiliyə əsasən, əhaliyə təbliğat xarakterli materiallar paylayacaq.

“Bundan başqa, sosial şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start verəcəyik. Yeni saytda təbliğat imkanları genişdir.

Buradan namizədimiz, cənab prezident İlham Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar”, – deyə S. Novruzov qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com