b55b7819-9e0b-41f4-a186-dca0370de967..jpg

“Siz təkcə sərhədlərinizi və vətəndaşlarınızı deyil, həm də öz prinsiplərinizi qoruyursunuz” – MÜSAHİBƏ

Baxış sayı: 426 dəfə baxılıb.

“Siz təkcə sərhədlərinizi və vətəndaşlarınızı deyil, həm də öz prinsiplərinizi
qoruyursunuz” – MÜSAHİBƏ

Azərbaycan Silahlı Qüvvələrinin (SQ) Azərbaycanın Qarabağ bölgəsində bir günə
yaxın davam edən lokal antiterror tədbirləri ağ bayraq qaldıran xuntanın tam
təslim olması ilə başa çatıb. Ermənistanın silahlı qüvvələri silahlarını yerə
qoyub. Amma bir çox Qərb liderləri, təbii ki, erməni tərəfinin təqdimatına
əsasən, Avropa Şurasının sədri Şarl Mişel kimi, narahatlığını ifadə edərək,
aktiv fəaliyyət nümayiş etdilər. Fransa isə BMT Təhlükəsizlik Şurasının
iclasının keçirilməsində təşəbbüskarlıq etdi.

Cixisyolu.com polşalı jurnalist və politoloq
Yakub Koreybadan vəziyyətə şərh verməyi xahiş edib.

– Ermənistan Qarabağla bağlı məsələlərə qarışmadığını deyir, lakin erməni
tərəfinə dəstək verən Qərb dövlətlərini fəal şəkildə bu məsələyə cəlb edir…

– Erməni separatçıları Azərbaycan ərazisində heç nə etməsələr də, qanunsuz
əməllər törətməsələr də, sadəcə olaraq orada olsaydılar belə, onların
mövcudluğu, müəyyən psevdodövlət orqanlarının fəaliyyət göstərməsi artıq
beynəlxalq hüququn pozulmasıdır. Ermənistan həm bunu, həm də bu separatçıları
dəstəkləməyin beynəlxalq hüquqa zidd olduğunu yaxşı anlayır. İrəvan bunu etiraf
etmək istəmir, amma təcrübə elə məhz bunu göstərir. Bu hibrid müharibənin bir
növüdür. Ermənistan, onların düşündüyü kimi, öz məqsədlərinə nail olmaq üçün öz
üsulunu tapıb. Amma beynəlxalq siyasətin bu üsulla aparılması artıq aktual
deyil. 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuzluq hökm
sürüb, BMT-nin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, işğalın
yolverilməzliyi, etnik təmizləmə və s. ilə bağlı bütün əsas prinsipləri
tamamilə pozulub. Azərbaycan isə vəziyyəti hüquq və mənəvi prinsiplərə hörmət
müstəvisinə qaytarır. 30 il ərzində dünya Ermənistanın Azərbaycanın işğal
olunmuş ərazilərində törətdiyi qanunsuzluqlara göz yumaraq özünü əxlaq
qaydalarına tamamilə zidd aparırdı və bu gün Bakı əxlaqlı siyasətin mümkün
olduğunu göstərir. Siz təkcə sərhədlərinizi, torpağınızı, vətəndaşlarınızı
deyil, həm də öz prinsiplərinizi qoruyursunuz.

– Amma belə çıxır ki, verdikləri müxtəlif bəyanatları nəzərə alaraq, bütün
Qərb dövlətləri və beynəlxalq təşkilatlar bunu başa düşmürlər…

– Təbii ki, çünki Qərb ölkələri arasında dünyada ölkələrin və xalqların elə
özlərinin qurduğu müəyyən iyerarxiyaya görə sıralana bildiyini hesab edən
postmüstəmləkə dövlətləri var. Məsələn, fransız siyasətçiləri öz xülyalarında
hələ də XIX əsr Vyana Konqresi (Napoleon müharibələrindən sonra Avropa
dövlətlərinin yeni sərhədlərinin müəyyən edildiyi Ümumavropa Konfransı – red.)
dövründə yaşayırlar.

– Bəs onlar tərəfdən bu necə görünür?

– Baxın, məsələn, öz aralarında digər ölkələrin və xalqların necə yaşamalı
olduğuna qərar verən böyük dövlətlərin beş nümayəndəsi görüşür. Amma belə bir
dünya başa çatıb, artıq belə bir dünya yoxdur, o cümlədən Azərbaycanın
sayəsində. Cənubi Qafqazda postmüstəmləkə, postimperiya qaydası başa çatır.
Vəziyyət zəruri reallığa – sərhədlər, bir-birinin ərazi bütövlüyünə hörmət
anlayışlarına uyğunlaşdırılır. Fransa isə, görünür, öz geosiyasi oyunlarını
oynamaq istəyir və bu, ilk növbədə, ermənilərin özləri üçün təhlükəlidir. Lakin
Rusiya üçün olduğu kimi, Fransa üçün də ermənilər sadəcə bir alətdir. Əgər
həmin Paris həqiqətən də İrəvanı müdafiə etmək istəsəydi, yəqin ki, son 30 ildə
Ermənistan üçün konkret nə isə etmiş olardı. Bəlkə orada fransız kontingenti,
yaxud Fransa hərbi bazası yaradılıb? Yoxsa Fransa onlara iqtisadi dəstək
göstərir? Bunların heç biri yoxdur. Ancaq çoxlu bəyanatlar var.

Amma Ermənistan özü özünü Fransa siyasətinə alət kimi təqdim edir. Əlbəttə ki,
Fransa elitası buna razıdır. Kim razı olmazdı ki? Əgər bu belə rahatdırsa, niyə
də istifadə etməyəsiniz?

Nair Əliyev

Source link