601d6843-60a8-47a2-b7c8-c09773fcde7d..jpg

Şizofreniya xəstəsi 12 yaşlı uşağı bıçaqladı – TƏFƏRRÜAT

Baxış sayı: 485 dəfə baxılıb.

Şizofreniya xəstəsi 12 yaşlı uşağı bıçaqladı – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın İsrayıl Cəfərzadə, 12
ünvanında baş verib. Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Sərkar
Məmmədov (soyadlar şərtidir) Atatürk liseyinin 6-cı sinif şagirdi, 2012-ci il
təvəllüdlü Ömər Əliyevi bıçaqlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən
təqsirləndirilən şəxs bildirib ki, Ömər nadinc uşaqdır. Dəfələrlə onun
məhəllədəki azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini görüb. Sərkar
Ömərin onların məhəlləsinə gəlməsindən qəzəblənib və bıçaqla ona xəsarət
yetirib. Daha sonra isə könüllü olaraq polisə təslim olub. Təqsirləndirilən
şəxs ifadəsində qeyd edib ki, psixi xəstəliyi var və əvvəllər Maştağa
qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alıb.

Şahidlər də məhkəmədə verdikləri ifadələrində Sərkarın Öməri bıçaqladığını
təsdiqləyiblər.

Məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, təqsirləndirilən
şəxsə paranoidal şizofreniya diaqnozu qoyulub:

“O, cinayət əməlini törədən zaman paranoidal şizofreniya xəstəliyindən əziyyət
çəkib. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk
etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də
təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir”, – deyə
ekspertiza rəyində bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.3-cü və
126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən
Sərkar Məmmədov nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən
Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən və
cəzadan azad edilib. Onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya
Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Source link